Kibertəhlükəsizlik kursunda 14 həftə ərzində keçiləcək bütün mövzuların tam xəritəsi — qeydiyyatdan keçmədən görə bilərsiniz.
Şəbəkə əlaqəsinin əsas prinsipləri və OSI modelinin 7 qatı izah olunur.
TCP/IP modeli, əsas protokollar (HTTP, DNS, DHCP) və onların qarşılıqlı əlaqəsi öyrədilir.
IPv4 ünvanlaşdırma, subnet mask hesablamaları və şəbəkə seqmentləşdirilməsi.
Router və switch-lərin iş prinsipi, statik/dinamik marşrutlaşdırma anlayışları.
Router, switch və firewall cihazlarının əsas konfiqurasiya prinsipləri.
Wi-Fi standartları, şifrələmə protokolları (WPA2/WPA3) və simsiz şəbəkə zəiflikləri.
CIA triadası (Confidentiality, Integrity, Availability) və müdafiə qatları konsepsiyası.
Windows Server-in quraşdırılması, əsas server rolları (AD, DNS, DHCP) təqdim olunur.
Linux serverin quraşdırılması, əsas paket menecerləri və ilkin konfiqurasiya.
Sistem ehtiyat nüsxələməsi strategiyaları, yenilənmə siyasətləri və fəlakətdən bərpa planları.
Linux bash və Windows PowerShell-də tez-tez istifadə olunan əmrlər.
Fayl icazələri (chmod/chown), mətn editorları (vim/nano) və fayl idarəetməsi.
Sistem proseslərinin monitorinqi, xidmətlərin (services) başladılması və dayandırılması.
Təkrarlanan tapşırıqların bash/PowerShell skriptləri ilə avtomatlaşdırılması.
Etik hakerliyin mərhələləri (recon, scanning, exploitation, reporting) və hüquqi çərçivəsi.
Ümumi kiberhücum növləri: phishing, malware, DDoS, sosial mühəndislik.
Windows və Linux sistemlərində rast gəlinən əsas zəiflik növləri.
Şəbəkə səviyyəsində hücum vektorları: MITM, ARP spoofing, Wi-Fi hücumları.
SQL injection, XSS və digər OWASP Top 10 zəifliklərinin əsasları.
Linux və Windows mühitlərində sızma testinin (pentest) mərhələləri və hesabatlandırma.
Simmetrik/asimmetrik şifrələmə, hash funksiyaları və rəqəmsal imzalar.
Zərərli proqram aşkarlama sistemləri və müdaxilənin aşkarlanması/qarşısının alınması.
Şəbəkə firewall-ları və veb tətbiq firewall-larının (WAF) iş prinsipi.
Təhlükəsizlik hadisələrinin mərkəzləşdirilmiş monitorinqi və log analizi.
VPN protokolları və təhlükəsiz uzaqdan bağlantı həlləri.
Təhdid kəşfiyyatının toplanması, təhlili və müdafiə strategiyasına inteqrasiyası.
Phishing aşkarlanması, email autentifikasiya protokolları (SPF, DKIM, DMARC).
Kiber insidentlərin araşdırılması metodologiyası və rəqəmsal sübutların toplanması.