IT SEA-da öyrənmə yolu addım-addım. Rolunuzu seçin.
Kurslar və Silabus səhifələrində hər ixtisasın proqramı var.
Bilik testi ilə pulsuz olaraq hazırkı biliyinizi ölçün.
Müəllimlər səhifəsində profillərə baxın və tanışlıq konsultasiyası istəyin.
Qeydiyyatdan sonra kursa qoşulub öyrənməyə başlaya bilərsiniz. Sualınız varsa, bizə yazın.
Ad, e-poçt, telefon və şifrə ilə hesab yaradın. E-poçtunuza gələn 6 rəqəmli kodu daxil edin.
Kurslar səhifəsində ixtisası seçib "Kursa Qoşul" basın. Müəllimlərlə kursun səhifəsində tanış ola bilərsiniz.
Qısa test hazırkı səviyyənizi göstərir — müəllim dərsləri buna uyğun qurur. İstəsəniz keçib "Başlanğıc" səviyyə ilə davam edə bilərsiniz.
Şərtləri oxuyub "Qəbul edirəm" basın. İmzalanmış müqavilə həmişə "Müqavilə" səhifəsində qalır, çap edə bilərsiniz.
Administrasiya sizə müəllim təyin edir — bildiriş alacaqsınız. Müəllim kursu başladan kimi dərslər açılır.
Hər dərsin sonunda qısa test var. Müəllim nəticəni təsdiqləyəndə növbəti dərs açılır. Təkrar lazım olsa, bildiriş gəlir.
Həftəlik dərslərinizin vaxtı və "🎥 Qoşul" düyməsi kurs panelində və Onlayn Dərs səhifəsindədir. Link hər həftə eynidir; düymə dərsdən 15 dəqiqə əvvəl aktivləşir.
Aylıq ödəniş məbləği və qalıq Profil səhifənizdə görünür. Ödəniş qeydə alınanda bildiriş gəlir.
Bütün dərslər təsdiqlənəndə sertifikat avtomatik hazırlanır. Onun həqiqiliyini hər kəs "Sertifikat yoxla" ilə kodla yoxlaya bilər.
İlk girişdə əməkdaşlıq müqaviləsini imzalayın. Sonra Profildə şəkil və "Haqqında" mətnini doldurun — tələbələr sizi "Müəllimlər" səhifəsində belə görür.
Telegramı qoşsanız, tələbə mesajları və bildirişlər telefonunuza da gəlir. Google hesabınızı qoşsanız, onlayn görüşlər sizin təqviminizə düşür (qoşmasanız da Meet linkləri yenə avtomatik yaranır).
Vaxtlarım bölməsində dərs verə biləcəyiniz gün və saatları əlavə edin.
Admin sizə tələbə təyin edəndə bildiriş gəlir. Tələbələrimdə onun diaqnostika nəticəsinə baxıb "Kursa Başla" basın — dərslər açılır.
Tələbənin kartında "Həftəlik dərs günü əlavə et" ilə vaxt seçin. Google Meet linki avtomatik yaranır və hər həftə eyni qalır. Qrup dərsində eyni vaxtdakı tələbələr bir linkə qoşulur.
Təsdiqlər bölməsində tələbənin cavablarına baxıb "Təsdiqlə" (növbəti dərs açılır) və ya "Rədd et" (yenidən cəhd) seçin. Hər təsdiq balansınıza yazılır.
Onlayn dərslərimdə tarix, saat, müddət və tələbə(ləri) seçin — link və dəvətlər avtomatikdir. Dərs tez bitsə "Dərsi bitir" basın.
Tanışlıq konsultasiyası tələbləri Konsultasiyalardadır. Vaxt seçəndə Meet linki tələbəyə avtomatik gedir.
Yuxarıdakı 🔔 zəngə basın — son mesajlar açılır. Qırmızı rəqəm oxunmamış mesajların sayıdır. Telegram hesabınızı qoşsanız, bildirişlər oraya da gəlir.
Onlayn dərsin düyməsi dərsdən 15 dəqiqə əvvəl aktivləşir və dərs bitdikdən sonra da 30 dəqiqə açıq qalır. Həftəlik dərslərin linki isə həmişə işləyir.
Bu normaldır: müəllim otağın sahibidir. "Qoşulmaq istəyirəm" (Ask to join) basın, müəllim sizi qəbul edəcək. Google hesabınıza daxil olmuş olmağınız tövsiyə olunur.
Pulsuz Google hesabında 3 və daha çox nəfərlik görüşlər 60 dəqiqə ilə məhdudlaşır. Eyni linklə dərhal yenidən qoşulmaq olar.
Əvvəlki dərsin testi müəllim tərəfindən təsdiqlənməlidir. Test göndərilibsə, "Təsdiq gözlənilir" yazılır — müəllim baxan kimi bildiriş gələcək.
Giriş səhifəsində "Şifrəni unutmusunuz?" linki ilə e-poçtunuza kod göndərin.
Hesabınız varsa menyudakı "✉️ Adminə yaz", yoxdursa Bizə yazın səhifəsi.