Şirkətiniz üçün fayl serveri, NAS və ümumi qovluqların qurulması. Vacib məlumatların ehtiyat nüsxəsi avtomatik alınır, disk xarab olsa və ya virus düşsə belə fayllarınız itmir.
Disk qəfil xarab olanda, kompüter oğurlananda və ya virus faylları şifrələyəndə ən böyük itki məlumatlardır. Şirkətiniz üçün faylların bir yerdə saxlandığı, hər kəsin yalnız icazəsi olan qovluğa girdiyi və ehtiyat nüsxənin avtomatik alındığı sistem qururuq.
Qiymət məlumatın həcmindən, istifadəçi sayından və seçilən avadanlıqdan asılıdır.
Server və ehtiyat nüsxə (backup) sistemləri üzrə sizinlə tezliklə əlaqə saxlayacağıq.