Silinmiş, formatlanmış və ya xarab diskdə qalmış fayl, şəkil və sənədlərin bərpası. Kompüter, noutbuk, flaş kart və xarici disklərlə işləyirik. Əvvəlcə yoxlayır, nəyin bərpa oluna biləcəyini deyirik.
Fayllar səhvən silinib, disk formatlanıb və ya kompüter açılmır? Vacib sənədlər, şəkillər və iş faylları çox vaxt hələ bərpa oluna bilər. Əsas qayda: problemi görən kimi həmin diskə heç nə yazmayın və bizimlə əlaqə saxlayın.
Fayllarınıza yalnız bərpa üçün baxılır və heç kimə ötürülmür.
Qiymət diskin növündən, həcmindən və zədənin dərəcəsindən asılıdır. Fiziki zədələnmiş disklərdə bərpa həmişə mümkün olmaya bilər, bunu işə başlamazdan əvvəl deyirik.
Məlumatların bərpası üzrə sizinlə tezliklə əlaqə saxlayacağıq.