Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin rəsmi saytını - sumqayitvet.az - hazırlamışam. Saytda mərkəzin 5 istiqamət üzrə 20-dən çox ixtisası, qəbul məlumatları, xəbərlər, qalereya və əlaqə bölmələri var. Sayt əlçatanlıq imkanları ilə - mövzu (rəng) seçimi və yazı ölçüsünün böyüdülməsi ilə - hazırlanıb ki, hər kəs rahat istifadə edə bilsin.