← Geri ← Müəllimin profili
2NAR - mağazalar üçün POS və satış idarəetmə sistemi

🏆 2NAR - mağazalar üçün POS və satış idarəetmə sistemi

Yaşar Məmmədov
AMİ — Riyaziyyat və informatika fakültəsi

Pərakəndə mağazalar üçün 2NAR adlı POS (kassa) sistemini ideyadan satışa qədər özüm hazırlamışam: proqramlaşdırma, quraşdırma və texniki dəstək daxil olmaqla. Sistem kassa satışını (barkod oxuma, nağd, kart, qarışıq və nisyə ödəniş, qaytarma), anbarı (avtomatik barkod, tədarükçüdən mal qəbulu, tərəzi inteqrasiyası, son istifadə tarixinə nəzarət), maliyyə hesabatlarını və 4 səviyyəli istifadəçi rollarını (Admin, Menecer, Anbardar, Kassir) əhatə edir. Windows kompüterində işləyir, rəhbər isə mobil tətbiqdən hesabatlara baxa və telefon kamerası ilə barkod oxuda bilir. Kassa avadanlığı, çek printeri, barkod skaneri və şəbəkə problemləri Help Desk mütəxəssisinin gündəlik işidir - bu layihədə hamısı ilə real şəraitdə işləmişəm.

06.10.2026 17:30
Bu kurslarda siz də iştirak edin
Dəniz (əsas)
Gecə
Meşə
Qrafit
Ametist