IT SEA onlayn tədris platformasıdır. Müstəqil müəllimlər platformada öz onlayn kurslarını keçir, tələbələr isə müəllimi platformada seçir. Platforma tələbə qeydiyyatı, dərs cədvəli, onlayn dərs linkləri, testlər və uçot kimi texniki işləri öz üzərinə götürür.
✉️ Əməkdaşlıq müraciətiDərsi evdən, ofisdən, Azərbaycanın istənilən şəhərindən, hətta xaricdən də keçə bilərsiniz. Yol vaxtı itmir, dərs cədvəlinizi özünüz qurursunuz.
kompüter avadanlığı, Windows, şəbəkə əsasları, Active Directory, istifadəçi dəstəyi
Windows Server və Linux idarəetməsi, şəbəkə infrastrukturu, virtualizasiya
şəbəkə təhlükəsizliyi, təhdid analizi, müdafiə alətləri, praktiki laboratoriyalar
sintaksisdən real layihələrə qədər Python, Git
alqoritmlər, yaddaş idarəsi, obyekt-yönümlü dizayn
OOP, kolleksiyalar, əsas framework-lər
HTML, CSS, JavaScript, React, Node.js, verilənlər bazası
Excel, SQL, Python (pandas), vizuallaşdırma
sahə üzrə praktiki bilik və tədris bacarığı
Haqqınızda qısa məlumatı (təhsil, təcrübə, sertifikatlar) və hansı onlayn kursu tədris etmək istədiyinizi tedris@itsea.az ünvanına göndərin. Mövzu sətrinə «Əməkdaşlıq müraciəti - kursun adı» yazın. Müraciətlərə 3 iş günü ərzində cavab veririk. Tanışlıq qısa onlayn görüşdən və 15 dəqiqəlik nümunə dərsindən ibarətdir.